AZ

Ferqyuson “Mançester Yunayted”ə qayıdacaq?

Aleks Ferqyuson yenidən “Mançester Yunayted”də işləyə bilər. Onun kluba qayıda biləcəyi haqda xəbəri “The Telegraph” qəzeti yayıb.

“Football-plus.az” xəbər verir ki, bu mənbənin məlumatına görə, klubun səhmlərinin 25 faizini alması gözlənilən Cim Retkliff Ferqysonu özünün məsləhətçisi kimi görmək istəyir. Xəbərdə bildirilib ki, futbol bölməsini idarə edəcək Retkliff  MY-nin idarəçiliyidə qocaman mütəxəssislə məsləhətləşmək niyyətindədi. O, həmçinin Ferqyusonla klubun idman direktoru vəzifəsinə namizədləri müzakirə etməyi də planlaşdırır. Şotlandiyalı mütəxəssisin bu vəzifədə əsas namizədinin “Kristal Pelas”ın idman direktoru Duqi Fridman olduğu qeyd edilib.

Xatırladaq ki, Ferqyuson “Yunayted” traixinin ən uğurlu baş məşqçilərindən sayılır. Ser Aleks komandaya 1986-2013-cü illərdə başçılıq edib. Komanda onun rəhbərliyi altında daxili və beynəlxalq turnirlərdə 13-cü İngiltərə çempionluğu, ikisi Çempionlar kuboku olmaqla 38 titul qazanıb.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla