AZ

Ronaldonun 200-cü startı

style='margin-bottom:10px;'>

Millətlər Liqasının 4-cü turunda Şotlandiya ilə matçı (0:0) Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu görüşdə meydana start heyətdə çıxıb və sonadək oynayıb. Bu, Ronaldonun millinin ilk "11-liy"inə daxil olduğu 200-cü oyun kimi qeydə alınıb.

Futbolçu Portuqaliya millisinin start heyətində ilk dəfə 2003-cü il oktyabrın 11-də Albaniya ilə yoldaşlıq oyununda (5:3) meydana çıxıb.

Ümumilikdə Ronaldo Portuqaliya millisi ilə bütün turnirlərdə 216 oyun keçirib, 133 qol vurub və 45 qolun ötürməsini verib. Həmçinin bu görüşlərdə hücumçu 31 sarı vərəqə alıb.

Seçilən
41
2
teleqraf.com

3Mənbələr