AZ

Doğru izlər yalan söyləmir: Öldürülən adamın SON SÖZLƏRİ – FOTOLAR

Sizə məhkəmə təbabəti elminin bəzi maraqlı məlumatlarını təqdim edirəm:

Ölüm vaxtını təxmini müəyyən etməyin bir neçə üsulu…

Ölümdən sonrakı 4-8 saat ərzində meyitin əzələlərinə zərbə ilə vursaq, dəri altında əzələ­lər şişir. Buna ideomuskulyar şiş deyilir. Əgər bu şiş yaranırsa, deməli, şəxs 4-8 saatdır ki, ölüb.

Ölənin əlinin arxasına küt predmetlə vurduqda barmaqlar hərəkət edərsə, deməli, ölümdən 2,5-8 saat vaxt keçməyib;

Ölənin gözünə 1%-li atropin və ya pilokapin tökülür. Əgər ölümdən 24 saat keçməyibsə, atropin göz bəbəyinin genişlənməsinə, pilokapin isə onun daralmasına səbəb olur;

Ölənin gözü açıq qalarsa, gözün daxili və xarici bucaqlarında ağlı qişada bozumtul və bozumtul-qəhvəyi rəngdə üçbucaq formasında quruma sahəsi əmələ gəlir ki, buna LARȘE LƏKƏSÌ deyilir. Bu ləkə ölümün baş verməsindən 5-6 saat keçəndən sonra görünür.

Boğma, boğulma ilə bağlı məlumatlar…

Əllə boğmada boynun sağ yarısında sola nisbətən zədələrin və əl-barmaq izlərinin çox olması qatilin solaxay olmasını güman etməyə əsas verir;

Əllə boğmaq yalnız başqası tərəfindən icra edilə bilər;

İlgəklə boğmada düyünün boyunun arxa tərəfində olması qətl üçün xarakterik əlamətdir;

İlgəyin boyunda əmələ gətirdiyi iz (buna “stranqulyasyon șırım” deyilir) dərin olarsa, bu qətl üçün əsas ola bilər;

Suda boğulan insanın qol saatının dayanmıș əqrəbləri (milləri) cinayətin törədilmə vaxtını təxmini müəyyən etməyə kömək edə bilər.

İz itirmələr, aldatmalar (simulyasiyalar), yayınmalar…

Qəsdən yazının solaxay əllə icrası – əl xəttində hərflərin yazılışındakı anormallıqları müəyyən etməklə bunu bilmək olur;

Cinayət yerinə böyük ölçülü ayaqqabı ilə iz salmaq – ayaqqabının daban hissəsinin yerə dərin təması ilə bilmək olur;

Özündə olmayan bir xəstəliyi təqlid etmək – təqlid edənin həmin xəstəliyin hansısa əlamətini süni șişirtməsi və ya əlamətin birini unutması ilə aşkar etmək olur;

Hadisə yerində aldadıcı əşyalar (siqaret kötüyü, özünə aid olmayan dəsmal və s.) atmaq – hər əşyanın xüsusiyyətinə və cinayətkarın üsullarına görə aşkarlamaq olur. Məsələn, siqaret kötüyü var, amma xüsusi aparatla siqaret qoxusu aşkar edilmir və s.

Doğru izlər yalan söyləmir…

Qapıya balta və ya küt alətlə zərbə yeri cinayətkarın boyu haqqında məlumat verir;

Balta və ya küt alətin obyektə daxil olma istiqaməti – cinayətkarın gücü, sağ və ya solaxay olması barədə məlumat verir;

Qapalı yerdə (ev, qaraj və s.) yana-yana ölübsə, meyitin duruş vəziyyəti uşağın ana bətnindəki vəziyyətdə qıvrılmış kimi olmalıdır, əks təqdirdə, adamı başqa cür öldürüb izi itirmək üçün yandırıblar fikrini deməyə əsas verir;

Qəfil zərbədən ölən adam heç vaxt sayıqlamaz. Ani vuruşla öldürülən adamın son sözləri çox əhəmiyyətlidir.

Medainews.az üçün hazırladı: Yunis Xəlilov

Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının müəllimi, hüquqşünas

Seçilən
41
medianews.az

1Mənbələr