AZ

Pentaqonun müqavilə xərcləri 2023-cü maliyyə ilində 431,4 milyard dollar təşkil edib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Müdafiə Nazirliyi 2023-cü maliyyə ilində müxtəlif müqavilələrə 431,4 milyard dollar xərcləyib və “Lockheed Martin” bu vəsaitin 61,4 milyard dollarını alıb.

Banco.az xəbər verir ki, bu barədə nazirliyin hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyinin Amerikanın 50 ştatında və Kolumbiya dairəsində müqavilələr üzrə öhdəlikləri, maaşların ödənilməsi və qrantların verilməsi xərcləri 609,2 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM-nin 2,2%-nə bərabərdir.

Ümumi xərclər bütün ABŞ sakinləri arasında bölüşdürülsə, bu, hər Amerika vətəndaşına 1819 dollar olacaq.

Bu vəsaitin 431,4 milyard dolları (71%) məhsul və xidmətlər üzrə müqavilələrə xərclənib, 167,4 milyard dolları (27%) nazirliyin əməkdaşlarına əmək haqqı kimi ödənilib, 10,4 milyard dolları (2%) isə qrant şəklində verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
10
2
banco.az

5Mənbələr