AZ

Tanınmış azərbaycanlı futbol adamına yüksək vəzifə verildi

"Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryova Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunda (DABF) vəzifə verilib.

Sportinfo.az xəbər verir ki, Fondun idarə heyətinin qərarı ilə dünyada yaşayan azərbaycanlılar arasında peşəkar idmanla məşğul olanların inkişafı, bu sahədə əlaqələrin genişləndirilməsi üçün İdman Komitəsi yaradılıb. Həmin komitənin rəhbəri isə İqor Ponomaryov seçilib.

24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov "Neftçi"nin üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb.

Sonradan İsveçə yollanan Ponomaryov yerli "Norrçyopinq"də çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, "Qarabağ" və "Xəzər Lənkəran", eləcə də, Rusiyada "Maşuk-KMV"yə rəhbərlik edib.

2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) bu ilin may ayında İsveçin paytaxtı Stokholm şəhərində təsis olunub.

Təsis toplantısında Hikmət Cavadov DABF-nun Baş katibi seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
4
sportinfo.az

5Mənbələr