AZ

Pezeşkian: "Sərhəddə divar hörməyə ehtiyac yoxdur"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə sərhəddə divar hörməməyə çağırıb.

“Təhlükəsizliyi gücləndirmək və inkişaf etdirmək, eləcə də sülh yaratmaq və ölkələr arasında əlaqələr qurmaq üçün sərhəddə divarlar hörməyə ehtiyac yoxdur. İslam ölkələrinin bazarları bir-birinə açıq olmalı və iş adamları asanlıqla birlikdə işləyə bilməlidirlər", - İran Prezidenti bildirib.

O, Azərbaycan və İran arasında dəmir və quru yollarının qurulmasını müsbət qarşıladıqlarını və enerji sahəsində əməkdaşlığı genişləndirməyə davam etmək istədiklərini deyib.

Pezeşkian qeyd edib ki, əməkdaşlıq məsələsində regionun heç bir ölkəsi kənarda qalmamalıdır. Onun sözlərinə görə, kənar ölkələrin regiona buraxılması bölgədəki dövlətlərin marağına uyğun deyil.

Baş nazirin müavini Şahin Mustafayev rəsmi Bakının regionda sülh və sabitliyin güclənməsində maraqlı olduğunu dilə gətirib.

O əlavə edib ki, rəsmi Bakı Tehranla enerji üzrə svop əməliyyatları da daxil olmaqla, iqtisadiyyat, ticarət, nəqliyyat, təhlükəsizlik, mədəniyyət, müdafiə sahələrində əlaqələri genişlətmək niyyətindədir.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
10
bbc.com

1Mənbələr