AZ

“Nə məşqçidir, nə də adam...” - Jurnalistləri təhqir etdi, SƏRT CAVAB ALDI!

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.

İtaliyalı mütəxəssis ona verilən “Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsız?” sualını belə cavablandırıb:

“Əlbəttə, yox. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Ancaq axmaq suallar verirlər və axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar.

Onlar “FIAT 500” ilə “Ferrari”yə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər”. Canni tərcüməçisindən xahiş edib ki, həmin fikirləri tərcümə etsin və belçikalı jurnalistlər də bunu başa düşsünlər. İtaliyalı daha sonra mətbuat konfransını tərk edib.

Maraqlıdır, biabırçı məğlubiyyətdən sonra De Byaziyə jurnalistləri təhqir etmə cəsarətini kim verib?

Sportinfo.az xəbər verir ki,Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Telejurnalist, idman eksperti Ceyhun Rzayev bu fikirləri səsləndirib:

“De Byazinin məşqçiliyi başına dəysin, adamlığı da yox imiş. İtaliyalı bitmiş məşqçidir. Azərbaycan millisinin sükanı arxasına keçəndə onun təbirincə desək, bizdə “Ferrari” potensialı görmüşdü? Artıq ikinci dəfədir ki, tənqidi və haqlı suallara görə mətbuat konfransını azyaşlı uşaqlar kimi küsüb tərk edir. Nə məşqçidir, nə də adam”.

Görəsən, De Byazi hüquqi məsuliyyət daşıyırmı?

Hüquqşünas Elcan Həsənli qeyd edib ki, bu məsələ Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə tənzimlənir:

“Jurnalistlərin şərəf və ləyaqətini alçatması iddiası ilə mətbuat konfransında iştirak edən bir şəxs De Byazini məhkəməyə verə bilər. Ancaq məhkəmədə ingilis dilində istifadə olunan “axmaq” sözünün həqiqi mənası sübut olunmalıdır ki, bu, təhqirdir. Bunu ekspert müəyyənləşdirir.

Sübut olunduğu təqdirdə ya rəsmi formada De Byazi üzr istəyə bilər, ya da məhkəmə italiyan mütəxəssisə maddi cəza kəsə bilər. Ən doğrusu odur ki, bütün idman jurnalistlərindən rəsmi formada üzr istəməsi tələb olunsun”.

AFFA-nın baş katibi Sərxan Hacıyev Canni De Byazinin sözlərinə görə jurnalistlərdən üzr istəyib.

Seçilən
85
27
Mənbələr
Şərh ()
Bağla