AZ

Corcina Rodrigez Ronaldodan olan ikinci qızının FOTOLARINI PAYLAŞDI

İspan model Corcina Rodrigez Kriştiano Ronaldodan olan kiçik qızının fotolarını paylaşıb.

 

Sfera.az bildirir ki, instaqram hesabında paylaşım edən Rodrigez şəkillərə "Sakit gəzinti anları" şərhini yazıb. 

 

Bir yaşlı Bella Esmeraldanın şəkilləri modelin izləyiciləri tərəfindən maraqla qarşılanıb.

 

Onlar fotolara “Kraliça və şahzadə”, “Tarixin ən yaxşı oyunçusunun şirin ailəsi!!!”, “Əkiz övladı olduğu üçün qoşa uşaq arabası” rəylərini yazıblar.

 

Qeyd edək ki, Bella 2022-ci ilin yazında doğulub. Doğuş zamanı onun əkiz qardaşı Anxel ölüb.

 

Xatırladaq ki, ulduz cütlüyün Alana Martina adlı daha bir qızı və futbolçunun Corcinadan olmayan - Kristiano Jr., Eva və Mateo adlı övladları da var.

 


 

Seçilən
189
1
Mənbələr
Şərh ()
Bağla