AZ

"Sabah"ın yarımmüdafiəçisi "cırtdanlar" üzərində qələbədə əziyyət çəkdi - VİDEO

Lüksemburq millisi AVRO-2024-ün seçmə mərhələsində J qrupunda son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, adıçəkilən komanda Lixtenşteynə səfərdə 1:0 qalib gəlib.

Qonaqların start heyətində “Sabah”ın yarımmüdafiəçisi Vinsent Till də yer alıb.

O, 75-ci dəqiqədə əvəzlənib. Lüksemburq millisi 5-ci dəqiqədən azlıqda qalmasına görə 10 nəfərlə oynayıb.

10 turun yekunlarına görə, Lüksemburq 17 xal toplayaraq qrupda 3-cü yeri tutaraq AVRO-nun final mərhələsinə vəsiqə qazana bilməyib.

Seçilən
170
Mənbələr
Şərh ()
Bağla