AZ

Qəzzadan 60-dan çox insan Türkiyəyə gətirildi

Qəzza zolağından 61 xəstə və onu müşayiət edən 49 nəfəri daşıyan təyyarə Misirdən Türkiyəyə gəlib.

Publika.az-ın məlumatına görə, onları Ankara hava limanında Türkiyənin Səhiyyə naziri Fahrettin Koca qarşılayıb

Nazir bildirib ki, xəstələrin müalicəsi paytaxtın "Bilkent" və "Etlik" xəstəxanalarında aparılacaq.

Əksəriyyəti xərçəng xəstələri olan xəstələr ölkə Milli Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi ilə Türkiyəyə aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
413
3
publika.az

2Mənbələr