AZ

“Şamaxı”da futbolçuları necə aldadırlar? – Klub rəhbərliyi vədinə əməl etmir!

“Şamaxı” rəhbərliyi ötən mövsümdən vəd etdiyi pul mükafatanı ödəmək niyyətində deyil.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət ötən mövsüm I Liqada qazanılan çempionluğun “premya”sından gedir. Bölgə klubu rəhbərliyi futbolçulara Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdi, hər birinə 5000 manat pul mükafatı sözü verib. Ancaq vədə əməl edilmir.

Uzun müddətdir futbolçularla rəhbərlik arasından davam edən danışıqlarda ötən ayın sonu pulların ödəniləcəyinə söz verilib. Ancaq bu sözün üzərində də durulmayıb. Rəhbərlik futbolçulara “gedin, pulunuzu AFFA-dan alın” deyib.

Oyunçular isə “bizə mükafat sözünü AFFA yox, klub verib” cavabını verib. Ötən mövsüm komandanı çempion edən bir neçə futbolçu artıq başqa klublarda oynayır. Oyunçular pullarını alana qədər mübarizələrinə davam edəcəklərini bildirir.

Seçilən
7
idmanxeber.az

1Mənbələr