AZ

Edin Terziç: “Karyeramın növbəti fəsli üçün hazıram”

Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Edin Terziç məşqçilik karyerasının davamı ilə bağlı fikrini bildirib.

Arena.az “Coaches Voice” dərgisinə istinadən, xorvat-alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən karyeramın növbəti mərhələsinə hazıram. Düşündüm-daşındım və hazırlandım, keçmişdə nəyin yaxşı olduğunu və nəyi təkrarlamaq istəmədiyimi qərarlşadırdım. Növbəti fəslin harada və nə vaxt başlayacağını bilmirəm, amma hazır olmaq istəyirəm.

Mən gənc çalışdırıcıyam, amma baş məşqçi olduğum üç mövsümdə hər mövsüm kuboklar uğrunda mübarizə aparmağı bacarmışam. Xoşbəxtlikdən, ilk mövsümümdəcə birini, yəni Almaniya Kubokunu qazandım. Bir neçə il əvvəl mən qənimət qazanmağın millərlə uzaqda olduğumu düşünürdüm, amma son illərdə onların sadəcə bir-iki addımlıqda olduğunu başa düşdüm. Məni sövq edən və aclıq doğuran da bu məqamdır”, deyə Terziç bildirib.

Edin Terziç məşqçiliyə 2020-2021-ci illər mövsümündə, Dortmund “Borussiya”sının sükanı arxasında başlayıb. 2022-2024-cü illərdə Terziç yenidən Dortmund komandasını çalışdırıb. Ötən 2023/2024-cü illər mövsümündə Terziçin “Borussiya”sı Çempionlar Liqasının finalına yüksəlib və burada həlledici oyunda “Real”a 0:2 hesabı ilə məğlub olub.

41 yaşlı Edin Terziç müasir futbolun ən perspektivli gənc mütəxəssislərindən biri hesab edilir.

Seçilən
7
arena.az

1Mənbələr