AZ

Ben Yedder təcavüz ittihamı ilə bağlı məhkəmə qarşısına çıxarıldı

“Monako”nun fransalı keçmiş hücumçusu Vissam Ben Yedder cinsi təcavüzə görə Nitsa məhkəməsində mühakimə edilib.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Ben Yedder ehtimal edilən iyrənc əməlini spirli içkidən sərxoş halda törədib və məhkədə spirtli içki asılılığını etiraf edib.

Ben Yedder alçaq əməlini sentabr ayının əvvəlində törədib. 34 yaşlı futbolçu axşam məclislərinin birində bir xanımla tanış olub və sonra onu avtomobilində oturmağa dəvət edib. Bundan sonra futbolçu qadına “dırmaşmağa” başlayıb.

İttiham tərəfi Ben Yedderə iki il yarım həbs cəzası istəyib. Məhkəmədə Ben Yedder qurbanından və “hər iki ailədən” üzr istəyib.

Ben Yedderin təqsirli bilinəcəyi təqdirdə 10 il həbs cəzası ala biləcəyi vurğulanır. Bundan əlavə, futbolçu sərxoş halda avtomobil idarə etməkdə ittiham edilir.

Xatırladaq ki, sentyabrın 6-da həbs edilmiş hücumçu, hadisədən əvvəl spirtli içki qəbul etdiyini və sərxoş olduğu üçün nə baş verdiyini anlamadığını bildirib.

Hazırda Vissam Ben Yedder azad agent qismində klubsuzdur. Buna qədər fransalı futbolçu “Monako”nun uğurları üçün çalışıb. O, cari ilin iyulunda Knyazlıq klubundan azad agent qismində ayrılıb. Vissam daha öncə Fransada “Tuluza”nın, İspaniyada “Sevilya”nın da uğurları üçün çalışıb. Veteran hücumçu 2018-2022-ci illər aralığında Fransa yığmasında da 19 oyun keçirib, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
17
arena.az

1Mənbələr