AZ

Luka Toni Xosep Qvardiolaya səsləndi: “Sən futbolu zay etmisən”

İtalyan keçmiş futbolçu Luka Toni “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə ispan mütəxəssisin taktikasını müzakirə edib.

Arena.az məlumat verir ki, şəxsi görüş zamanı Toni zarafatla Qvardiolanı futbolu korlamaqda ittiham edib.

Luka Toni: Sən “yalançı doqquzluq”la futbolu məhv etmisən. Bunun ucbatından mən dörd il komanda tapa bilmədim. Yalançı “doqquzluq”dan yalnız Messi ilə istifadə etdiyini deyə bilərsən? Sənə klassik mərkəz hücumçuları xoş gəlir?
Xosep Qvardiola: 60 qol vurmuş Haland var. Onunla “trebl” götürdük. Amma mərkəz hücumçuları da yaxşı olmalıdır, başa düşürsən?
Luka Toni: Yaxşı, amma artıq bu “yalançı doqquzluq”larla hoqqanı da boşla. Yekə mərkəz hücumçuları daha yaxşıdırlar.

Xatırladaq ki, Toni peşəkar futbolçu karyerasını 2016-cı ildə başa vurub. O, mərkəz hücumçusu kimi “qoca” yaşlarında parlamağa başlayıb. Əsasən “Palermo”, “Fiorentina” və “Bayern”də çıxışı ilə diqqət çəkmiş Toni İtaliya yığmasına yol tapıb və “skuadra adzurra” ilə DÇ-2006-nın qalibi olub.

Seçilən
14
arena.az

1Mənbələr