AZ

Harri Keyn Tomas Tuxelin yığmaya təyinatını şərh etdi

İngiltərə yığmasının kapitanı Harri Keyn alman mütəxəssis Tomas Tuxelin “üç şir”ə baş məşqçi təyinatına münasibətini açıqlayıb.

Arena.az ingilis hücumçunun bu barədə fikrini təqdim edir:

“Yenidən rəhəbərin başçılığı altında oynamağı səbirsizliklə gözləyirəm!”, deyə Harri Keyn bildirib.

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand da 2025-ci ildən futbol üzrə İngiltərə milli komandasını çalışdıracaq alman mütəxəssis Tomas Tuxelin komandalarının oyun tərzindən danışıb. O, həmçinin alman mütəxəssislə İngiltərə komandasının qənimət qazana biləcəyi qənaətində olduğunu bildirib:

“Onun komandaları aqressiv, iddialı və taktiki cəhətdən bacarıqlı oynayıblar. Biz tez-tez finala çıxmışıq və qalib gəlmişik, ona görə də mən hesab edirəm ki, İngiltərə yığmasının Tuxellə hansısa yarışda qalib gəlmək fürsəti yüksəkdir. Hətta deyərdim ki, bu, tamamilə mümkündür. Artıq finala çıxmışıq. Başqa nə gərəkdir ki?”, deyə Ferdinand fikrini əsaslandırıb.

Xatırladaq ki, almaniyalı futbol mütəxəssisi Tomas Tuxel bu gün İngiltərə yığma komandasına baş məşqçi təyin edilib. O, vəzifəsinin icrasına isə 2025-ci ildən başlayacaq. Alman mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Tomas Tuxeliin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.

Seçilən
20
5
arena.az

6Mənbələr