AZ

BDU Qranada Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) ilə İspaniyanın Qranada Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, müqavilə çərçivəsində bakalavriat, magistrant, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Qranada Universitetinin əsası 1531-ci ildə qoyulub. Universitetdə 22 fakültə, 5 məktəb, 14 tədqiqat institutu və 9 mərkəzi fəaliyyət göstərir, 60 minə yaxın tələbə təhsil alır.

Seçilən
0
2
tehsil.biz

3Mənbələr