1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransa hökuməti Martinikdə baş verən etirazlardan sonra adada ərzaq qiymətlərini 20 faizə qədər endirmək məcburiyyətində qalıb.
Oxu.Az bu barədə Humanite.fr portalına istinadən xəbər verib.
Öz növbəsində Martinikdə xalq etirazlarına rəhbərlik edən şəxslərdən biri, Xalqların və Resursların Mühafizəsi İttifaqı təşkilatının lideri Rodriq Petito məlumatı təsdiq edib.
Bununla belə, Rodriq Petito hesab edir ki, ərzaq qiymətlərindən həyata keçirilən endirim yüksək qiymətlər fonunda yenə də qeyr-kafi qiymətləndirilməlidir.
"Belə ki, 20 faiz endirim fonunda, adada qiymətləri hazırda Fransadan 40 faiz yüksəkdir. Biz fransalı nazirlərdən Martinikə gəlmələrini və tələblərimizi dinləməyi xahiş edirik", - deyə Rodriq Petito vurğulayıb.
Qeyd edək ki, Karib dənizi hövzəsində yerləşən və Fransaya aid olan Martinikdə mütəmadi nümayişlər keçirilir. Etirazların əsas səbəbləri iqtisadi, sosial və irqi bərabərsizlikdir. Əhali, həmçinin Fransanın adalarda həyata keçirdiyi müstəmləkəçi və ekspansionist hərəkətlərindən qəzəblidir.