AZ

Metrostansiyalarda zibil qabı qadağası: Onu kim və niyə qoyub?

Hər gün Bakı metrosundan minlərlə sərnişin istifadə edir. 

Lakin metro stansiyalarının platformalarında zibil qabları yoxdur. Bu da bəzən stansiyaların, vaqonların zibillənməsinə səbəb olur. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Cebheinfo.az”-a bildirib ki, metro stansiyalarında zibil qablarının yerləşdirilməsi təhlükəsizlik baxımından düzgün deyil: 

“Çünki özü ilə tezalışan maddələri içəri keçirən sərnişin onu zibil qabının içinə atıb gedə bilər. Buna görə də Təhlükəsizlik Xidməti icazə vermir. Bu, təkcə Azərbaycanda belə deyil. Ümumiyyətlə, Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının qərarı var ki, metronun platformalarına zibil qabı qoymaq olmaz. Ona görə ki, terror hadisələrinin əksəriyyəti zibil qabları vasitəsilə törədilir. 

Terror törətmək istəyən biri partlayıcını zibil qabına ata bilər”. 

Metropoliten rəsmisi ildirib ki, metro strateji obyekt sayıldığından, orada hər kiçik nüansa da diqqət etmək lazımdır:

“Əks halda sonucu çox ağır olan  xoşagəlməz hadisə baş verə bilər”. 

Qeyd edək ki, “Bakı Metropolitenindən istifadə qaydaları”nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək qadağandır. 

Seçilən
15
8
cebheinfo.az

8Mənbələr