AZ

Namibiya MOK prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"

"Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var".

Bunu Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoaqub "Mingəçevir reqatası-2024”ün rəsmi açılış mərasimində deyib.

Funksioner bildirib ki, bu turnirdə olmaq onun üçün şərəfdir:

"İnanmazdım ki, nə vaxtsa bu cür yarışı izləyəcəyəm. Azərbaycana gəldiyim üçün xoşbəxtəm. 100-ə yaxın ölkədə olmuşam. Amma burada dövlət ilə Milli Olimpiya Komitəsi arasında sıx əlaqəni heç yerdə görməmişəm. Bu səbəbdən hər iki tərəfə təşəkkür düşür".

O, təşkilatçılıqdan çox razı qaldığını diqqətə çatdırıb:

"Hər şey möhtəşəmdir".

Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq.

Seçilən
0
4
cbcsport.az

5Mənbələr