AZ

Şimali Koreya Cənubi Koreyanı “düşmən dövlət” elan edib

Şimali Koreya ölkə konstitusiyasına dəyişiklik etməklə Cənubi Koreyanı “düşmən dövlət” kimi tanıyıb.

Bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Xəbərdə oktyabrın 15-də “Koreyalar”ı birləşdirən bəzi yolların partladılmasının səbəbinə toxunulub və bu məsələnin konstitusiya dəyişikliyinə əsasən, “qaçılmaz və qanuni tədbirlər” olduğu qeyd edilib.

Bununla əlaqədar Cənubi Koreyanın Birləşmə Nazirliyindən verilən açıqlamada Şimalın bu hərəkətinin “antibirləşmə” fəaliyyəti olduğu vurğulanıb və “düşmən dövlət” ifadəsi pislənilib.

Bəyanatda, həmçinin “Şimalın təxribatlarına sərt cavab veriləcəyi” diqqətə çatdırılıb.

Xatırladaq ki, yanvar ayında Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “daimi düşmən” kimi təyin etmək üçün konstitusiyaya dəyişiklik olunmasını tələb etmişdi.

Seçilən
77
50
banker.az

10Mənbələr