AZ

Ukrayna bir-iki həftəyə nüvə silahına malik ola bilər

Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynanın NATO və nüvə silahı arasında seçim etməsi ilə bağlı bəyanatı Qərb jurnalistləri üçün “şok” olub.

Bu barədə oktyabrın 17-də “Bild” qəzetinin köşə yazarı Julian Röpke məlumat verib.

Aİ-nin Brüssel sammiti çərçivəsində keçirilən mətbuat konfransında Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla son söhbətindən danışıb. O xatırladıb ki, Rusiya Federasiyası, ABŞ və Böyük Britaniyanın iştirakı ilə 1994-cü il Budapeşt Memorandumunda nüvə silahından imtina müqabilində Ukraynaya ərazi bütövlüyü və suverenliyinin qorunması vəd edilib. Lakin indi bu sənəd işləmir. Ona görə də ölkənin təhlükəsizliyi ya NATO-ya üzvlüklə, ya da nüvə silahı ilə təmin oluna bilər.
Prezident əlavə edib ki, Ukrayna nüvə silahını deyil, NATO-nu seçir. Zelenskinin sözlərinə görə, Tramp onu dinləyib və qeyd edib ki, bunlar “ədalətli arqumentlər”dir. Röpkenin sözlərinə görə, bir neçə ay əvvəl yüksək rütbəli ukraynalı rəsmi “Bild”ə eyham vurub ki, Ukrayna işğalçı ölkə Rusiyanın Kiyevə ikinci hücumunu qəbul etməyəcək.

Bu halda Ukraynanın 1990-cı illərdə könüllü olaraq tərk etdiyi nüvə arsenalı bərpa olunacaq. Silah tədarükü ilə məşğul olan ukraynalı məmur qapalı iclasda deyib ki, Ukrayna bunun üçün lazım olan “materiallara və biliyə malikdir”. Buna görə də, “sifariş olarsa, ilk bombanı əldə etmək yalnız bir neçə həftə çəkəcək” deyib. Röpkenin sitat gətirdiyi rəsmi bildirib ki, Qərb “Rusiyanın qırmızı xətləri haqqında daha az, Ukraynanın qırmızı xətləri haqqında daha çox düşünməlidir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr