AZ

"Skay Nyus" təsdiqlədi: Sinvar öldürülüb!

HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşmada öldürülüb.

Sitat.info əbər verir ki, bu barədə Dubaydan yayımlanan “Skay Nyus Arabia” adı açıqlanmayan mənbəyə istinadən məlumat paylaşıb.

“Clash Report” isə özəl mənbələrə istinadla dünən baş verən insidentdə HƏMAS lideri Yəhya Sinvarın Mahmud Həmdan və İzzədin əl-Qəssam Briqadasının 3-cü komandiri ilə birlikdə öldürüldüyünü yazıb.

Onların cəsədləri hədəfə alınan binanın dağıntıları altından çıxarılıb.

Mənbələrin bildirdiyinə görə, HƏMAS-ın rəhbərliyinə dünən axşam saatlarında Sinvar, Həmdan və digər komandirin ölümləri barədə məlumat verilib.

Qeyd edək ki, bundan öncə Y.Sinvarın öldüyünü əks etdirən fotolar yayılmışdı.

Seçilən
21
1
sitat.info

2Mənbələr