AZ

Türkiyə XİN rəhbəri "Haber Global"ın qonağı olub:"İSRAİLİN İRANLA MÜHARİBƏ EHTİMALI YÜKSƏKDİR"

İsraillə İran arasında müharibənin başlaması ehtimalı yüksəkdir.

 

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.

 

“Müharibə başlayandan bəri xəbərdarlıqlarımızı etdik. Demişdik ki, müharibə daha da genişlənəcək. Bunun hər an artan davamını görürük”, - nazir qeyd edib.

 

H.Fidan oktyabrın 18-də İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin “3+3” formatında keçiriləcək görüşündən də danışıb. 

 

O, qeyd edib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. Toplantıya Gürcüstan da dəvət olunub. “Amma düşünürəm ki, onlar iştirak edə bilməyəcəklər”, - deyə nazir vurğulayıb. 

 

Nazir, həmçinin xatırladıb ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. İki ölkə bir sıra məsələlərdə hətta bir dövlət kimi çıxış edir: “İki dövlət bəzi məsələlərdə bir dövlət kimi çıxış edir”. İqtisadiyyat, xarici siyasət, strateji məsələlərdə və digər sahələrdə əməkdaşlıq çox sıxdır.

 

Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh regiona böyük fayda gətirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı mövqeyi məlumdur.

 

Türkiyə XİN rəhbəri söhbət zamanı  daha bir neçə vacib məsələ ilə bağlı fikirlərini bölüşüb.

 

Senzor.az həmin maraqlı müsahibənin tam variantını təqdim edir:  

Seçilən
10
senzor.az

1Mənbələr