AZ

Həmin müəllim cəzalandırıldı

Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri Elməddin Zeynalzadənin xidməti otağına daxil olaraq onun icazəsi olmadan video çəkiliş aparılıb.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə 16 sentyabr 2024-cü il tarixdə baş verib.

 

"Təəssüf hissi ilə bildiririk ki, qeyd olunan hərəkətlərə yol verən şəxs Gədəbəy rayon İnəkboğan kənd tam orta məktəbin tarix müəllimi Validə Cəfərovadır. Validə Cəfərova ona ayrılan dərs saatlarının az olduğunu iddia edərək artırılmasını tələb edib. Bildiririk ki, Validə Cəfərova diaqnostik qiymətləndirmədə ixtisası üzrə topladığı bala uyğun olaraq dərs saatı ilə təmin edilib.

 

Validə Cəfərova “Təhsilverənlərin etik davranış Qaydaları”nın prinsiplərini pozduğuna görə barəsində məktəb direktoru tərəfindən intizam tənbeh tədbiri görülüb.

 

Məsələ regional təhsil idarəsi tərəfindən nəzarətə götürülüb, hazırda bu istiqamətdə araşdırma aparılır".

Seçilən
16
4
modern.az

5Mənbələr