AZ

Bosniya və Herseqovinada saxta bomba xəbərdarlığına görə beş gənc həbs edilib

Bosniya

Sarayevo, 18 oktyabr, AZƏRTAC

Bosniya və Herseqovinada bomba təhlükəsi ilə bağlı elektron poçt vasitəsilə saxta xəbərdarlıq göndərməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan beş nəfər həbs olunub.

AZƏRTAC xəbər verir ki, polis həmin azyaşlıların paytaxt Sarayevoda müxtəlif binalarda saxta bomba xəbərdarlığı etdikləri və əhəmiyyətli dərəcədə dövlət xərclərinə səbəb olduqları üçün həbs edildiklərini açıqlayıb. Onların müxtəlif vaxtlarda 49 dəfə saxta bomba xəbərdarlığı göndərdiyi bildirilib.

Saxlanılan şəxslər yalan məlumat verməkdə və təhlükəsizliyi pozmaqda şübhəli bilinir. Onları 6 aydan 3 ilə qədər həbs cəzası gözləyir.

Son həftələrdə polis Sarayevoda bomba xəbərdarlığına görə məktəblərlə yanaşı, paytaxtın üç ən böyük ticarət mərkəzində və Sarayevo Aeroportunda yoxlamalar aparıb, binalar boşaldılmalı olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Seçilən
27
1
azertag.az

2Mənbələr