AZ

Gəncədə partlayış baş verən binada iki nəfər ölüb, yaralananlar var - YENİLƏNİB

Bakı, 18 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

07:40

Gəncədə yaşayış binasında partlayış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir. Hadisə yerinə adiyyatı qrumların əməkdaşları cəlb olunub.

Seçilən
1
37
azertag.az

10Mənbələr