AZ

Opera səhnəsində insan əti kəsib, bişirib YEDİLƏR

Almaniyanın Ştutqart Dövlət Operasında tamaşaçılarla görüşən "Sancta Susanna" adlı şou dünya mətbuatının gündəmini zəbt edib. Şouda insan əti kəsilir, manqalda bişirilir və yeyilirdi. Daha sonra aktyorlar teatr səhnəsində cinsi əlaqədə olublar.

News24.az xəbər verir ki, operanın sözçüsü Sebastyan Eblinq deyib:

"Şənbə günü səkkiz, bazar günü isə 10 nəfər xəstəxanaya yerləşdirilib".

Reddit-də şou ilə bağlı təcrübələrini paylaşan bəzi izləyicilər “Ətin kəsilməsi prosesi gözlədiyimdən daha uzun sürdü” deyib, başqa bir izləyici “Kəsmə anlarında yaxından çəkiliş oldu, bu, həqiqətən inanılmaz idi” şərhini verdi. 

Tamaşaçılar arasında qusanların olduğu, hətta bir neçə tamaşaçının oturduğu yerdə huşunu itirdiyi iddia edilib.

Verilişin yaradıcısı Florentina Holzinger sosial media hesabında bu barədə açıqlama verib:

''Tamaşada əsrlər boyu kilsədə mövcud olan stereotiplər qadın bədəni və cinsiyyət vasitəsilə şərh edilir. Bunların yaratdığı travmalar müzakirə edilir. Təbii ki, ədəbsiz görüntülər yarana bilər. Bu real elementlərə dözə bilmirsinizsə, verilişə gəlməyin. Bir daha deyirəm, zorakılıq təsvirlərinə dözə bilməyən hər kəs bu sənət əsərinə baxmağa gəlməməlidir”.

Günel Məlikzadə

Seçilən
4
news24.az

1Mənbələr