“ABŞ kəşfiyyatı İsrailə HƏMAS liderlərinin yeri ilə bağlı kəşfiyyat məlumatı verməkdə kömək edib”.
“AzPolitika” xəbər verir ki, bunu Pentaqon sözçüsü, Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder mətbuata bildirib.
“Lakin ABŞ ordusu Sinvarın qətlə yetirilməsi əməliyyatında birbaşa iştirak etməyib. Bu İsrailin əməliyyatı idi”, - general əlavə edib.
“AzPolitika.info”