AZ

Meyxanaçılardan Xalq artistinə CAVAB

 Xəzər TV-də Mətanət Əliverdiyevanın "Xəzər axşamı" verilişində  “Meyxana da, muğam da özümüzündür” qafiyəsinə meyxana deyiblər.

Bakıvaxtı.az xəbər verir ki, Cahangeşt Balaxanı, Balaəli Maştağalı, Ruslan Müşviqabadlı və Mirfərid Zirəli qonaq qismində ünvanlı meyxananı deyiblər. Hərəsi öz bəndində Azərbaycan xalqını birliyə səsləyiblər. 

Bu da sirr deyil ki, bir müddət öncə Xalq artisti Zabit Nəbizadə meyxanaçıları muğam oxuduğu üçün qınamışdı. Meyxanaçılar da öz növbəsində Zabit Nəbizadənin fikirlərinə hörmətlə yanaşdıqlarını bildirmişdilər. 

Bu gün də şairlər məntiqi cümlələrlə hər kəsi meyxana ilə bir olmağa dəvət ediblər. Nevs24.az

Seçilən
5
7
bakivaxti.az

9Mənbələr