AZ

Oktyabrın 19-da ölkə ərazisində hava yağıntılı olacaq, şimşək çaxacaq

Azərbaycanda oktyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər mülayimləşəcək. Havanın temperaturunun gecə 13-15°, gündüz 15-17° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-14°, gündüz 15-18° isti, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq.

Seçilən
102
49
ekologiya.az

10Mənbələr