AZ

Vasili Koltaşov: “Ermənistan rəhbərliyi ABŞ-nin marionetləridir” - RF-dən MÜSAHİBƏ

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən nəqliyyat dəhlizi ilə bağlı bu yaxınlarda verdiyi bəyanat ekspert icmasının bir hissəsinin təəccüb və çaşqınlığına səbəb olub. Xatırladaq ki, ABŞ-li rəsminin fikrincə, istənilən dəhliz yalnız Ermənistanın razılığı ilə yaradılmalıdır. Ceyms O'Brayen daha sonra bəyan edib ki, başqa şəkildə, güc yolu ilə və ya İranın iştirakı ilə qurulan nəqliyyat dəhlizi qətiyyətli cavabla qarşılanacaq.

Rusiyalı iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov Oxu.Az-a müsahibəsində Ceyms O'Brayenin sözlərini qəribə saymadığını qeyd edib:

- ABŞ Ermənistanın əhəmiyyətli regional amil kimi qalmasını istəyir. ABŞ Ermənistan Respublikasında ondan ötrü çevriliş edib, Nikol Paşinyanı da baş nazir təyin etmədi ki, Azərbaycan öz problemlərini, məsələn, Naxçıvana dəhliz çəkməyi həll etsin. Bundan başqa, Azərbaycan Ermənistanla sərt davranarsa, ABŞ-lilər hesab edəcəklər ki, bu, düzgün deyil.

ABŞ Azərbaycanın, onsuz da, Rusiya və Azərbaycana qarşı olan Ermənistanı parça-parça “yeyəcəyindən” ehtiyat edir. İrəvan, Vaşinqtonun planlarına uyğun olaraq, Bakını daim gərgin vəziyyətdə saxlamalıdır. ABŞ Azərbaycana etibar etmir, çünki sizin ölkəniz marionet deyil. Azərbaycan Respublikasının ölkənin siyasətini müəyyən edən müstəqil administrasiyası var. Bakı İranla da razılığa gələ bilər, lakin bu, Vaşinqtonun xoşuna gəlmir.

Rusiya Ermənistandan çıxarıldıqdan sonra ABŞ İrəvanı yenidən silahlandırmaq və İrəvana ümumi diplomatik dəstək vermək qərarına gəlib. Nəticədə Ermənistan artıq “anti-Azərbaycan” olduğu halda, həm də “anti-Rusiya”ya çevriləcək.

- ABŞ-nin bəyanatlarından belə çıxır ki, onun üçün Ermənistanın təhlükəsizliyi vacibdir. Ermənistan Zəngəzur dəhlizinin açılmasını istəmir, Azərbaycan İrandan keçməklə Naxçıvana marşrut xətti çəkir ki,  bu da Tehranı sevindirir. Bu, Ermənistanın təhlükəsizliyinə necə mane ola bilər? Bəs ABŞ Zəngəzur dəhlizinin İran marşrutunun qarşısını almağa qadirdirmi?

- Cənubi Qafqazda müharibəyə ehtiyacı olmayan İrandan başlayacağam. Amma ABŞ burada gərginlik yaratmaq istəyir, özü də İran, Rusiya və Azərbaycan üçün. Qərbin niyyəti Xəzər neftinə tam nəzarəti əldə etməkdir. Qərb Azərbaycanın öz resurslarını idarə etmək imkanına malik olmasını bir növ ədalətsizlik kimi qəbul edir.

ABŞ-lilər yenə də Nikol Paşinyanın olduğu Ermənistanı seçdilər. O, sadəcə, bir klerkdir, siyasətçi deyil, lider deyil, mütəfəkkir və təşkilatçı deyil. ABŞ-nin bu cür katibələri, Qərbin fikrincə, bütün ölkələrdə oturub, həmin o Qərbə resurs verməlidirlər.

İrandan keçən marşrut üzrə işlərə gəlincə, mənə elə gəlir ki, ABŞ-lilər bu layihənin həyata keçirilməsinin qarşısını almaq üçün heç nə edə bilməyəcəklər. Düşünürəm ki, sonda müvəqqəti də olsa, bunu sakitliklə qəbul edəcəklər. İrəvanla Bakı arasında yeni hərbi toqquşma təhlükəsi Azərbaycanın döyüşə hazır olduğu, Ermənistanın isə heç də hazır olmadığı və Qərbin indi İrəvana kömək edə bilmədiyi şəraitdə aradan qalxır. Məhz buna görə də Paşinyan faktiki olaraq Azərbaycanın, o cümlədən Qarabağın və digər ərazilərin (əvvəllər Ermənistanın işğalı altında olub - red.) ərazi bütövlüyünü tanıyıb. Bu, gərginliyi aradan qaldırmaq və münaqişə üçün əsasları aradan qaldırmaq üçün edilib.

- Amma yenə də ABŞ İrandan keçən nəqliyyat dəhlizinin əleyhinədir. Vaşinqton faktiki olaraq, Bakı ilə Tehran arasında əməkdaşlığa qarşı idi. Lakin Ermənistan üçün belə əməkdaşlıq qadağan olunmur, çünki İrəvan uzun müddətdir ki, bütün səviyyələrdə İranla sıx əməkdaşlıq edir. Bunlar Qərbin ikili standartları, ikili düşüncəsidir?

- Ermənistan rəhbərliyi ABŞ-nin marionetləridir. Ermənistan İranla əməkdaşlığı ilə ancaq İranı zəhərləyə bilər. Paşinyan Avrasiya İqtisadi İttifaqı ilə necə əməkdaşlıq edib, Müstəqil Dövlətlər Birliyində və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında özünü necə aparır? Çox gəzdi, alnını qırışdırdı, qaşlarını oynatdı. Nəticə nə oldu? Nikol Paşinyan, sadəcə olaraq, bu prosesdə formal olaraq iştirak edib.

Odur ki, İran Ermənistandan heç nə gözləməməlidir. O erməni xalqıdır ki, hələ də İrandan nəsə umur. Lakin Tehranda Ermənistan rəhbərliyinə inanmırlar, onlar artıq başa düşürlər ki, İrəvana etibar etmək olmaz. Sahibi (ABŞ) sizin qatı düşməniniz olan klerk Paşinyanla sövdələşmək mümkün deyil. İran ümumiyyətlə Ermənistana arxalana bilməz.

- Çoxları əmin idilər ki, Qərb Ermənistanı Fransaya töycü kimi verib. Amma birdən Parisin yanında ikinci bir darğa - Vaşinqton - peyda oldu.

- Paris hərbi-siyasi işlərdə sifarişi yerinə yetirən və faizini alan ABŞ podratçısıdır. Fransa, ABŞ-nin güc sistemində hər şeyini itirmiş Almaniyadan fərqləndirən bir qədər “muxtariyyəti” olmasına baxmayaraq, müstəqil oyunçu deyil.

ABŞ-nin Azərbaycana qarşı bəyanatlarının sərt olması onu göstərir ki, bu biznesin (Cənubi Qafqazda - red.) sahibi ABŞ-lilərdir. ABŞ Azərbaycana qarşı dost mövqedə deyil. Səbəblərdən əvvəl danışdım - söhbət sizin ölkənizin resurs potensialından gedir. Azərbaycan Respublikası Vaşinqtonun nöqteyi-nəzərindən düzgün qurulmayıb, çünki Azərbaycan mərkəzlidir və Qərbə yönəlməyib.

Nair Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
482
50
oxu.az

10Mənbələr