Siyasət
Fıazil Ağamalı ABŞ-ın fəxri vətəndaşlığından imtina edib

"Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina edirəm".
Reyting.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı parlamentin bugünkü iclasında deyib.
Deputatın sözlərinə görə, 1990-cı illərdə bəzi deputatlarla birgə ABŞ-yə səfər ediblər. “Səfər zamanı mənə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusu verdilər. Bu gün onların hər iksindən imtina edirəm”.