İngiltərəyə səfir göndərilən Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı “sitəsini kor edinb”. Musavat.com “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən səfirin ingilis dilində nitqini başa çatdıra bilməyib, sonra isə Şekspirin yaradıcılığına bələd olmadığını da nümayiş etdirib.
Belə ki, Böyük Britaniyadakı səfir sivilizasiya sözünü ingilincə ifadə etməkdə çətinlik çəkib. Üç uğursuz cəhddən sonra səfir mətnin növbəti sözünə keçib. Lakin qısa nitqin sonunda səfir tərcüməçidən kömək istəməyə məcbur olub.
Məsələ burasındadır ki, yeni diplomat təyinatına qədər ümumiyyətlə ingilis dilini bilmirmiş. Dörd ay keçsə də, onun ingilic dilində öyrənə bilmədiyi bəlli olub.
Keçmiş baş komandan çıxışı zamanı çıxışını Şekspirin əsərlərindən paralellərlə aparmağa çaklışması da uğursuz olub. O, Otellonu Romeo ilə qarışdırıb. Xəncərlə öldürülən Otellonun zəhərləndiyini söyləyib.
“AiF” yazır ki, burada səhvi təkcə Zalujnıya deyil, həm də çıxışı hazırlayan köməkçi diplomatlarına aid etmək olar. Çünki hərbçi olan indiki diplomat Şekspirin faciələrindəki məşhur personajların adlarını qarışdıra da bilərdi.
O da bildirilir ki, Zalujnı Londonun müxtəlif görməli yerlərin fonunda fotoşəkillər çəkirdirir, amma hələ ki, diplomat kimi uğur qazanmayıb. Məsələn, o, heç vaxt ingilisləri Ukraynaya Rusiyaya yüksək dəqiqlikli uzaqmənzilli silahlarla hücum etməyə icazə verməyə inandıra bilməyib. Payızın əvvəlində Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birlikdə Kiyevə gələlsə də, bu məsələdə xüsusi razılıq əldə edilmədi. Zalujninin özü isə hələ də özünü cəbhədəki kimi hiss edir. Son olaraq bəyan edib ki, Rusiyanı məğlub etmək üçün hətta qadınları da Ukrayna Silahlı Qüvvələrinə çağırmaq lazımdır.
Musavat.com