AZ

Cənubi Koreya Şimal Koreyanın Rusiyaya göndərdiyini iddia etdiyi qoşunları geri çəkməyə çağırdı

Cənubi Koreya Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya göndərildiyini iddia etdiyi qoşunları geri çəkməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatı əsasında xarici işlər nazirinin müavini Kim Honq-kyun Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi nazirliyə çağırıb.

Görüş zamanı Kim Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın Cənubi Koreya və beynəlxalq ictimaiyyət üçün “ciddi təhlükə” yaratdığını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu müdafiə edib.

Şimali Koreyanın Rusiyaya göndərdiyini iddia etdiyi hərbi hissələrin “dərhal geri çəkilməsinə” çağıran Kim, bu iki ölkə arasındakı hərbi əməkdaşlığı “qətlə” pisləyib.

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) oktyabrın 18-də verdiyi açıqlamada Şimali Koreyanın Rusiyaya dəstək olmaq üçün Ukraynaya yerləşdirilmək üçün təxminən 10 min əsgər göndərəcəyi iddia edilmişdi.

Şimali Koreyadan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Rusiya ilə Şimali Koreya arasında münasibətlər

Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb.

Rusiya lideri Putin “müttəfiqlik” sözünü işlətməkdən yayınaraq, razılaşmanın tərəflərdən birinə hücum olacağı təqdirdə qarşı tərəfin hərbi yardım edəcəyini vəd etdiyini bildirib.

Şimali Koreya lideri Kim Çen In razılaşmanı “pakt” kimi qiymətləndirib və münasibətlərin “yüksək müttəfiqlik” səviyyəsinə yüksəldiyini vurğulayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
9
3
turkustan.az

4Mənbələr