AZ

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə bəzi sənədləri təsdiqlədi

Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyası qanunverici orqanın oktyabrın 22-də başlayacaq plenar iclası çərçivəsində Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların iş qaydalarını təsdiq edib və ratifikasiyaya göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

“Beş deputat sənədin qəbulunun lehinə, üçü əleyhinə səs verib, qərar qəbul edilib”, – parlamentin daimi komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib.

Qeyd olunur ki, müxalifət bu sənədin qəbulunun əleyhinə səs verib.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan reqlamenti parlamentdə xarici əlaqələr üzrə daimi komissiyanın iclasında təqdim edib, bundan sonra oktyabrın 22-də parlamentin əsas gündəliyinə daxil ediləcək.

Xatırladaq ki, sentyabrın 2-də Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəaların ratifikasiya layihəsini dərc edib. Qanun layihəsinə əsasən, Ermənistan və Azərbaycan komissiyaları delimitasiya prosesi zamanı bütün xəritələrdən, o cümlədən hüquqi əsası olan sənədlərdən istifadə edəcək. Əsasnamə erməni, Azərbaycan və rus dillərində tərtib olunub və Azərbaycan tərəfindən də ratifikasiya edilməlidir.

Seçilən
61
2
editor.az

3Mənbələr