AZ

Mahir Emreli: "Uzunmüddətli zədədən sonra vurduğum qol mənə böyük motivasiya verdi"

Uzun müddətli zədədən sonra vurduğum qol mənə böyük motivasiya verdi.


Bunu Report-a açıqlamasında Almaniyanın "Nürnberq" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

27 yaşlı hücumçu ötən gün II Bundesliqanın IX turunda "Qroyter Fyurt"a qarşı keçirilən matçda vurduğu qolu şərh edib:

"Qol vurduğum üçün möhtəşəm hisslər keçirirəm. Komandamız və azarkeşlərimiz adına çox sevinirəm. Bu matç, II Bundesliqada önəmli derbi matçlarından biri idi. Belə bir qarşılaşmada qələbəyə töhfə verdiyim üçün çox şadam. Uzun müddətli zədədən sonra bu qol mənə böyük motivasiya verdi. İnşallah, uğurlu çıxışımın davamını gətirəcəm. Mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm".


Qeyd edək ki, "Qroyter Fyurt" - "Nürnberq" oyunu qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 13-cü dəqiqədə Mahir Emreli açıb.

Seçilən
30
5
qaynarinfo.az

10Mənbələr