“WhatsApp”dan yeni funksiya
Məşhur “WhatsApp” messencerində zənglərin təşkili ilə bağlı yeni funksiya tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WABetaInfo” (WBI) məlumat yayıb.
Bilirilib ki, 24.21.10.79 konstruksiya nömrəsi ilə iOS üçün “WhatsApp”ın beta versiyasını yükləyib quraşdırmaqla istifadəçilər mesaj daxiletmə sahəsinin yanındakı xüsusi bölmədə zəng linkləri yarada biləcəklər. Bu, insanları həm audio, həm də video zənglərə dəvət etməyə imkan verəcək. Yaradılmış keçidlər cari söhbətdə və ya digər pəncərələrdə paylaşıla bilər.
Nəşr qeyd edir ki, bir çox “WhatsApp” istifadəçisi proqramda zənglərə keçid yaratmaq imkanından xəbərsizdir. Yenilik bu funksiyanı istifadəçilər üçün daha çox görünən edəcək. Qeyd olunur ki, bu funksiya iOS əməliyyat sistemi əsasında qurulan qurğular üçün tətbiqin beta versiyalarında əlçatan olacaq.