AZ

"Beşiktaş"da ciddi itki: Derbidə oynamayacaq

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "qara qartallar"ın qapıçısı Mert Günok sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk qolkiper Super Liqanın 9-cu turunun "Konyaspor"la matçında (2:0) çiynindən zədələnib. 35 yaşlı futbolçu 24 oktyabr tarixində Avropa Liqasında "Lion"a, həftəsonu isə Super Liqada "Qalatasaray"a qarşı İstanbul derbisində iştirak etməyəcək.

Qeyd edək ki, Mert Günok 2021-ci ilin yayından "Beşiktaş"da çıxış edir. Türkiyə millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində 12 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
23
sportal.az

1Mənbələr