AZ

Messi Ronaldunu geridə qoydu

Argentinalı hücumçu Lionel Messi ilə portuqaliyalı hücumçu Kriştianu Ronaldunu qol sayında ötüb.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, söhbət oyun epizodundan vurulan qollardan gedir.

Mənbənin statistik hesablamasına görə, Messi penaltidən vurulan qollar nəzərə alınmadan, Ronaldunu geridə qoyub.
Bu, Lionelin MLS-də son turdakı matçda (6:2) het-trik etməsi nəticəsində reallaşıb. Belədə, argentinalı ulduz penaltilər istisna olmaqla, karyerasında 740 qol həddinə çatıb. Artıq Ronaldu bu göstəricidə (739) bir qol geri qalır.
 

Seçilən
1
fanat.az

1Mənbələr