AZ

Qriqoryan: “Ermənistan BRICS sammitində iştirak edəcək, lakin…”

“Ermənistan BRICS sammitində iştirak etsə də birliyin üzvü olmaq niyyətində deyil”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Parlamentin iclasında bildirib.
 

O qeyd edib ki, İrəvan hazırkı mərhələdə birliyin üzvü olmaq imkanını müzakirə etmir: "Xeyr, xeyr, hazırkı mərhələdə xeyr".


Xatırladaq ki, BRİCS-in növbəti sammiti oktyabrın 22-24-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.

Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr