AZ

Sudanda yük təyyarəsinin qəzaya uğradığı anın VİDEOSU

Sudanda vurulduğu iddia edilən yük təyyarəsinin düşmə anını əks etdirən video yayımlanıb. 

Qaziler.az xəbər verir ki, görüntülər “Mash” “Telegram” kanalında paylaşılıb. 

Mənbənin məlumatına görə, təyyarədə ruslar da olub. Rəsmi qurumlar bu məlumatı hələ şərh etməyib.

Kanalın müəllifləri müəyyən ediblər ki, BƏƏ-dən olan “Airline Transport Incorporation FZC” şirkətinin baş mühəndisi Viktor Qranov əvvəllər “Pilot Airline” QSC-nin təsisçisi postunu tutub.

Görüntülərdə təyyarənin atəşə tutulduğu iddia edilir. 

Qeyd edək ki, Sudanda Rusiya vətəndaşlarının olduğu yük təyyarəsi vurulub. Rusiya səfirliyinin məlumatına görə, ruslar ekipaj üzvlərinin tərkibində olublar. 

QAZİLER.AZ

Seçilən
15
qaziler.az

1Mənbələr