AZ

Neymar bir ildən sonra meydana qayıtdı

Braziliya millisinin və “Əl Hilal”ın futbolçusu Neymar bir ildən sonra yaşıl meydanlara qayıdıb. Msport.az xəbər verir ki, hücumçu ağır zədədən sonra futboldan uzaq düşmüşdü.

O, Asiya Çempionlar Liqasında “Əl Əyn”lə səfər matçında forma şansı əldə edib. Ulduz futbolçu 77-ci dəqiqədə oyuna daxil olub. Görüş “Əl Hilal”ın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Neymat ötən il oktyabrın 17-də zədə almışdı.

 

Seçilən
28
msport.az

1Mənbələr