AZ

Qvardiola niyə hələ də “Mançester Siti”də çalışdığını açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola niyə bu qədər uzun müddət “şəhərlilər”lə çalışması ilə bağlı sualı cavablayıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Mən işə gəlməyi xoşlayır, bunun üçün sinov gedirəm! Məşqçi olmağımın əsas səbəbi də budur. Bunu hiss etməyəndə nəinki “Mançester Siti”ni tərk edəcəyəm, həm də məşqçiliyə tamamilə xitam verəcəyəm. Mən növbəti oyun haqqında düşünməyi, bu haqda futbolçulara danışmağı, videonu göstərməyi xoşlayıram”, deyə “Pep” bildirib.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 484 oyun keçiriblər, 358 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1229:436 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Seçilən
54
21
arena.az

10Mənbələr