AZ

Uesli Sneyder: “Serxio Buskets “əsl ağlağan”ın biri idi”

“Real”ın niderlandlı keçmiş futbolçusu Uesli Sneyder “Barselona”nın ispan keçmiş yarımmüdafiəçisi Serxio Buskets haqda fikrini bildirib.

Arena.az “Barça Universal” dərgisinin “Ziggo Sport” dərgisinə istinadı əsasında Sneyderin bu barədə fikrini təqdim edir:

“Buskets çox qıcıqlandırıcı bir oyunçu idi. Həmişə başqalarının ayaqlarına zərbələr endirirdi, amma özü heç vaxt aldığı zərbəni həzm edə bilmirdi. Heç olmasa bircə zərbə alan kimi ağlamağa başlardı. Əsl ağlayan idi. Hər oyunda sözün əsl mənasında onunla dalaşıb-vuruşurdum. Bir məqamda ona demişdim: “Yayda İbitsada görüşərik, onda söhbəti yenidən çürüdərik. Qarşı oynamaq çətin olan xoşagəlməz oğlandır”, deyə Uesli Sneyder bildirib.

Xatırladaq ki, hazırda Buskets “İnter Mayami”də çıxış edir. O, MLS təmsilçisinə 2023-cü ilin iyulunda keçib. Serxio 2005-ci ildən “İnter Mayami”yə keçənə qədər “Barselona”da çıxış edib. Busketsin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.

MLS-in cari mövsümündə Buskets “vağlar”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Onun “İnter Mayami” karyerası bütövlükdə 58 oyun, 1 qol və 6 assistdən ibarətdir.

“Barselona”nın heyətində bütün mümkün ali klub qənimətlərini qat-qat muzeyinə yığmış Buskets “İnter Mayami” ilə 2023-cü il mövsümündə Liqalar Kubokunu qazanıb, cari mövsümdə isə MLS-in Şərq Konfransının qalibi olub.

Serxio Buskets 2009-cu ilin aprelində debüt etdiyi İspaniya yığmasının heyətində 143 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə verib. Buskets İspaniya yığması ilə dünya çempionatının (DÇ-2010) və Avropa çempionatının (AÇ-2012) qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı veteran futbolçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
21
arena.az

1Mənbələr