Qərbin Gürcüstana qarşı sanksiya tətbiq etmək imkanları tükənib.
İqtisadiyyat.az xəbər verr ki, bu sözləri "İmedi" telekanalına müsahibəsində Gürcüstanın "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili bildirib.
Onun sözlərinə görə, tətbiq edilən sanksiyalar gözlənilən nəticəni verməyib və əks təsir göstərib. Yeni məhdudiyyətlərin tətbiq ediləcəyini gözləmədiyini vurğulayan İvanişvili, artıq Qərbin edə biləcəyi hər şeyin edildiyini və bunun uğursuz olduğunu bildirib.
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze bildirmişdi ki, ABŞ Dövlət Departamentinin Gürcüstanda yüksək vəzifəli şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar parlament seçkiləri ərəfəsində ölkənin işlərinə müdaxilədir.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili isə ABŞ-nin Daxili İşlər Nazirliyinin rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaları ölkəyə hücum kimi qiymətləndirib. O, sanksiyaların ləğv edilməsinin Vaşinqtonla münasibətlərin bərpası üçün şərt olduğunu vurğulayıb.