AZ

Neymar 1 il sonra rəsmi matça çıxdı, komandası...

“Əl-Hilal”ın hücumçusu Neymar 369 gün sonra ilk dəfə rəsmi oyuna çıxıb.

Fanat.Az xəbər verir ki, braziliyalı Asiya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Əl-Əyn”lə oyununda 77-ci dəqiqədə əvəzetmədən meydana daxil olub.

Görüşün nəticəsinə gəlincə, Neymarın komandası məhsuldar alınan səfər matçından 5:4 qalib ayrılıb.

Neymar bundan əvvəlki son oyununu 2023-cü il oktyabrın 18-də Braziliya millisinin heyətində 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Uruqvaya qarşı (0:2) keçirmişdi. Həmin matçın ilk yarısında ön çarpaz bağından zədə alan və meniski cırılan forvard əməliyyat olunmuşdu. 

Seçilən
3
fanat.az

1Mənbələr