AZ

Ançelotti “Selta” ilə oyunda kimdən narazı qalıb?

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 10-cu turunun “Selta” ilə oyununda ilk hissədən sonra futbolçularına əsəbiləşib.

Arena.az xəbər verir ki, Madrid təmsilçisi bu oyunun birinci hissəsini 0:1 hesabıyla məğlub başa vursa da, fasilədən sonra iki qol vurmaqla əzmkar qələbəyə sevinib – 2:1.

İtalyan mütəxəssis ilk hissədə “Real”ın futbolçularının komanda oyunu və komanda ruhu nümayiş etdirmədiyini hiss edib. Baş məşqçi paltardəyişmə otağında onu da vurğulayıb ki, oktyabrda milli komandaların oyunları üçün fasilə futbolçular arasında uzlaşmanın olmaması üçün bəhanə ola bilməz.

“Real”ın qələbəsinə rəğmən, 65 yaşlı çalışdırıcının “qaymaqlılar”ın oyunundan tam razı qalmadığı vurğulanır.

Yeri gəlmişkən, Ançelotti matçdan sonra “qaymaqlılar”ın hücumçuları Kilian Mbappe və Vinisius Juniorun çıxışına da qiymət verib. O, hərəyə bir qol vurmuş futbolçuların idman forması ilə bağlı bunları söyləyib:

“Vinisius Junior və Kilian Mbappe vəziyyətlərini yaxşılaşdırıblar. “Selta” ilə oyuna çox yaxşı başladılar və iki möhtəşəm qol vurdular. Belə də davam etməliyik”.

Xatırladaq ki, “Real” İspaniya La Liqasının cari mövsümündə 10 oyuna 7 qələbə qazanıb, 3 heç-heçə edib. Məğlubiyyəti olmayan Ançelottinin komandası hazırda 24 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya 27 xala malik “Barselona” liderlik edir.

Madrid nəhəngini La Liqanın növbəti turunda əzəli rəqibi və lider “Barselona” ilə oyun gözləyir. Bu oyun oktyabrın 26-da Madrid şəhərində baş tutacaq.

Seçilən
30
arena.az

1Mənbələr