AZ

Rusiya təyyarəsi səhvən vurulub? - KİV

Sudan münaqişəsində iştirak edən Çevik Reaksiya Qüvvələri səhvən hərbi təyyarə ilə səhv salaraq, Rusiya vətəndaşlarının olduğu bir yük təyyarəsini vurmuş ola bilər.

Axar.az xəbər verir ki, bu barədə "Sudan War Monitor" portalı məlumat yayıb.

Məlumata görə, əslində vurulan İl-76 təyyarəsi olub və ekipaj üzvlərindən birinin şəxsiyyət vəsiqəsi FZC Hava Yolları Nəqliyyatı Müəssisəsi FZC-nin baş mühəndisi Viktor Qranovun adına olub. Sərnişinlərdən ikisi Birləşmiş Ərəb Əmirlikləri və Qırğızıstan vətəndaşı ola bilər. Digər ekipaj üzvünün Rusiya pasportu olub.

Portal vurğulayır ki, ekipaj üzvlərinin sağ qalması barədə məlumat yoxdur və təyyarənin böyük hissəsi yanıb.

Qeyd edək ki, daha öncə Rusiyanın Sudandakı səfirliyi rusları daşıya bilən yük təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırdığını bildirmişdi.

Seçilən
41
axar.az

1Mənbələr