AZ

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbətiiclası 21 oktyabr 2024-cü il tarixində keçirilib. İclasıngündəliyində 2025/2026-cı tədris ili üçün tələbə qəbulu proqnozlayihəsinin müzakirəsi əsas məsələ kimi diqqət mərkəzində olub.

MDU-dan Trend-ə bildirilib ki, gündəlikdə duran məsələ ilə bağlıçıxış edən universitetin rektoru vəzifəsini icra edən, tədrisişləri üzrə prorektor Üzeyir Zeynalov, MDU-nun qarşısında qoyulanhədəflərə və tələbə qəbulu sahəsindəki mövcud tendensiyalaratoxunaraq, tələbə qəbulu planı hazırlanarkən əmək bazarınıntələblərinin nəzərə alındığını və ötən ilin qəbul nəticələriningeniş şəkildə təhlil edildiyini vurğulayıb.

Elmi Şura üzvləri layihəni müzakirə edərək, qarşıdakı tədris iliüçün tələbə qəbulu proqnozunun daha dəqiq və reallığa uyğunhazırlandığını bildiriblər. 2025/2026-cı tədris ilinin tələbəqəbulu proqnozu, təkliflər nəzərə alınmaqla, təsdiq edilib.

İclasda gündəlikdə duran digər cari məsələlər də müzakirə olunduvə müvafiq qərarlar qəbul edildi.

Seçilən
44
az.trend.az

1Mənbələr