AZ

U-23 dünya çempionatı: Üç güləşçimizin bürünc şansı

Bakı. Trend:

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünyaçempionatına start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk gündə yunan-Romagüləşçiləri xalçaya çıxıb.

Azərbaycanın 5 klassiki medal uğrunda mübarizəyə qoşulub.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi
60 kq

Nihat Quluzadə ilk mərhələdə Yasuhito Morini (Yaponiya) 6:3 hesabıilə məğlub edib. 1/8 finalda rəqibi amerikalı Maksvel Bleykə 9:0qalib gələn güləşçimiz növbəti görüşdə iranlı Mohammedmehdi JafarQulampuru da mübarizədən kənarlaşdırıb (10:5). Nihat eyni uğuruyarımfinalda təkrarlaya bilməyib. Özbəkistanlı Alişer Qaniyevəuduzab təmsilçimiz bürünc uğrunda güləcək.

67 kq
Təsnifat mərhələsində mübarizəyə başlayan Fərid Xəlilov Niklas YanOlova (İsveç) qalib gəlsə də, növbəti mərhələdə qırğızıstanlıRazzak Beuşekeevə uduzaraq mübarizəni dayandırıb. Onun rəqibifinala yüksəldiyindən Fəridin bürünc şansı qalıb və təsəllivericigörüşlərə qatılacaq.

72 kq
Ruslan Nurullayev startda neytral bayraq altında çıxış edən İlyaValevskidən üstün olub - 8:7. Lakin güləşçimiz 1/8 finalda AbrorAtabayevlə (Özbəkistan) bacarmayıb.

82 kq
1/8 finaldan mübarizəyə qoşulan Elmin Əliyev Polşanı təmsil edənİslam Əliyev (9:0) və çinli Kun Hunaqa (8:0) tam üstünlüklə qalibgəlib. Güləşçimiz yarımfinalda Beka Melelaşvili (ABŞ) ilə güləşib.Görüş 3:3 hesabı ilə yekunlaşsa da, son xalı qazanan rəqib finalayüksəlib.

97 kq
Murad Əhmədiyev ilk qarşılaşmasında Yuriy Dorohandan (Ukrayna) 5:2hesabı ilə üstün olub. Güləşçimizin növbəti rəqibi isveçli AlqotKaellmana 3:4 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 27-də yekunvurulacaq.

Seçilən
75
az.trend.az

1Mənbələr